İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatdı - 2004-02-07

Azərbaycan prezidenti İlham Əliyev Moskvaya üç günlük rəsmi səfərini Xəzər dənizinin və Qafqaz regionunun demilitarizasiyası çağırışları ilə başa çatıdırıb. Müxbirlərin suallarına cavab verən İlham Əliyev Azərbaycan və Rusiya arasında dənizdən və onun ehtiyatlarından istifadə məsələlərində tam razılıq olduğunu deyib. İlham Əliyev qeyd edib ki, Rusiya ABŞ-ın dəstəklədiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişindən narahat olmamalıdır. O deyib ki, Azərbaycanın neft yataqlarından xam nefti Gürcüstan və Türkiyə vasitəsilə qərbə nəqli edəcək kəmərlə bir zaman Rusiya neftinin də daşınması mümkün ola bilər. Bu, keçən ilin oktyabr ayında qeyri-demokratik seçki kimi tənqid edilmiş prezident seçkiləri zamanı atası Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan prezidentinin Rusiyaya ilk rəsmi səfəridir.