İraqda bomba hücumları zamanı 67 adam həlak olub - 2004-02-02

Birləşmiş Ştatların İraqda hərbi rəsmiləri bazar günü Ərbil şəhərində iki intihar bomba hücumu nəticəsində ölənlərin sayının 67-yə çatdığını bildirirlər. Rəsmilərin dediyinə görə, İraq kürdlərinin siyasi partiyalarının qərargahrlarına hücumlar zamanı 247 adam yaralanıb. Birləşmiş Ştatların İraqdakı adminsitratoru Pol Bremer hücuma görə məsuliyyət daşıyayanların ədalət məhkəməsi qarşısına çıxarılacağına söz vermişdir. Bəzi kürd rəsmiləri hücuümlara görə Əl-Qaidə ilə əlaqəsi olduğuna inanılan Ənsar-ül-İslam təşkilatının məsuliyyət daışıdığını hesab edir.