Gürcüstanın keçmiş müxalifət lideri Mixail Saakaşvili bu gün ölkənin yeni prezidnet kimi and içib. Andiçmə törəni Gürcüstan paytaxtı Tbilisidə Pralament binası qarşısında təşkil olunmuşdur. Bir neçə ay öncə cənab Saakaşvili prezident Eduard Şevarnadzeni istefaya getməyə məcbur edən dinc inqilaba başçılıq etmişdir. Amerikada hüquqşunas kimi təhsili almış 36 yaşlı Saakaşvili bu ya keçirilən seçkilərdə böyük səslə qələbə qazanmışdır. Saakaşvili korruspiya, yoxsulluq və separatçılıq içində boğulan Gürcüstanı birləşdirmək naminə çalışacağını bəyan edib.