Demokratlar prezident seçkilərində namizədlərini irəli sürməyə başlayır - 2004-01-19

Demokrat partiyasının nümayəndələri Ayovada partiyadan prezidentliyə namizədin seçilməsi prosesinə formal olaraq başlayıblar. Rəy sorğuları namizədlər arasında fərqlərin çox az olduğunu göstərir. 2004-cü ilin prezident kampaniyasının ilk ən mühüm tədbiri bu axşam keçiriləcək. Demokrat partiyasının 100 minə yaxın nümayəndəsi Ayovanın müxtəlif şəhərlərində açılmmış məntəqələrdə yığışıb namizədliklərini irəli sürmüş 8 demokrat arasında kimə üstünlük verildiyini elan edəcəklər. Rəy sorğuları Ayovada kampaniyasında dörd əsas namizəd arasında çox az fərq olduğunu göstərir. Massaçusets ştatından senator Con Kerrri son sorğulara əsasən, ondə gedir. Ayova kampaniyasının son günləri rəy sorğuları Şimali Karolina ştatından senator Con Edvarsın populyarlığının artdıığını göstərir. Vermont ştatının keçmiş qubernatoru Hovard Din demokrat namizədlər arasında öndə getməyə çalışır. Bazar günü Corciya ştatına səfər edərkən keçmiş prezident Cimmi Karter Hovard Dinin ilk günlərdən İraq müharibəsinin əleyhinə olduğunu xüsusi qeyd etmişdir. Cənab Din daha sonra Ayovaya qayıtmış və tərəfdarlarını bu gün axşam kokusda iştirak etməyə çağırmışdır. Demorkatların dördüncü aparıcı namizədi Missuri ştatından koqresmen Riçard Qephartdır. Cənab Qephart həmkarlar təşkilatlarının Siyasi ekspertlər hazırda senator Kerri və Edvardsın şanslarının yuxarı olduğnu deyirlər. Lakin təhlilçilər qeyd edirlər ki, Din və Qephartın Ayovada kampaniyalarını daha yaxşı təşkil edə bildiyini də nəzərə almaq lazımdır. Ayovadan sonra kampaniya Nyu Hempşir ştatında davam etdiriləcək. Burada rəy sorğuları təqaüdə çıxmşı general Vesli Klarkın irəlidə getdiyini göstərir. General Klark və senator Co Liberman Ayovada kampaniyada iştirak etməyərək bütün qüvvələrini yanvarın 27-də Nyu Hempşirə səfərbər etmək istəyirlər. Namizədliyini irəli sürmüş daha iki demokrat Ohayo ştatından koqresmen Denis Kusinıç və insan hüquqları müdaifəçisi Əl Şarptondur.