Corc Soros Ağ Evi tənqid edir - 2004-01-13

Zəngin maliyəçi və filantropçu Corc Soros Prezident Buşun xarici siyasətinin kəskin tənqid kampaniyasına başlayıb. Onun sözlərinə görə, cənab Buşu Noyabırda keçiriləcək prezident seçkilərində məğlub görmək onun həyatının mərkəzi elementinə çevirilib. Cənab Soros oz baxışlarını Amerika Heğemonluğunun sabun köpüyü adlı yeni kitabında əks etdirib. Corc Sorosun dünən keçirdiyi görüşdə iştirak etmiş Kənan Kazımoğlu daha ətraflı xəbər verir.

SOROS : Birincisi Birləşmiş Ştatlar qlobal səviyyədə və ya dünyanın hansısa bir bölgəsində özünə hər hansı rəqibin olmasına dözməyəcək. İkincisi, bu doktrina Birləşmiş Ştatlara qabaqlayıcı hərbi zərbə endirmək hüququnu verir.

Cənab Soros bildirdi ki, İraq məsələsi bu ilki seçkilərin mərkəzində dayanacaq, cünki onun sözlərinə görə Buş höküməti İraqda kütləvi qırğın silahlarının olması barədə bəyanatları ilə ictimayyəti aldatmışdır.

Cənab Soros bildirir ki, Buş doktrinası beynəlxalq əməkdaşlığı ön plana çəkən ənənəvi amerika xarici siyasətindən uzaqlaşmaq deməkdir. İraqa müdaxilə isə böyük səhv, Yaxın Şərqdə demokraiya quruculuğu cəhdlərinə ciddi zərbə idi.

SOROS

Sadəcə olaraq Buş doktrinası bizi təhlükəsiz qoyur və bizim dünya üzrə azad və açıq cəmiyyətlərin inkişafı işimizi çətinləşdirir.

Buş höküməti İraqa müdaxiləsini müdafiə edərək, bildirir ki, Səddam Hüseyn hakimiyyətdən deviriləndən sonra Birləşmiş Ştatlar və İraqın qonşuları özlərini həqiqətəndə təhlükəsiz hiss edirlər.

Cənab Soros prinsipcə gücdən istifadə olunmasına qarşı çıxmağını qeyd etdi. O bildirir ki, keçmişdə o Bosniya və Kosovoda hərbi əməliyyatların keçirilməsini dəstəkləmişdi.

Lakin o deyir ki, cənab Buş 2001-ci ilin sentyabırın 11-dəki terror hücumlarından Səddam Hüseynin hakimiyyətdən devirilməsi üçün bir bəhanə kimi sui-istifadə etmişdir. Belə ki, 11 sentyabır hücumlarından sonra dünyada ABŞ-a böyük rəğbət yaranmışdı. Lakin Buş hökümətinin yürütdüyü siyasət nəticəsində bu rəğbət az qala nifrətlə əvəzlənmişdi.

Cənab Soros hesab edir ki, Corc Buş seçkilərdə qalıb gəlsə bir çox ölkələr Birləşmiş Ştatları düşmən kimi görməkdə davam edəcək, terrorçulara rəğbət bəsləyənlərin sayı isə artacaq. Buş administrasiyası terrorizmə qarşı müharibəni indiki şəkildə apararsa terrorizmi məğlub etmək mümkün olmayacaq. Əksinə bu daimi müharibə vəziyyətinin yaranmasına gətirib çıxaracaq. Terrorçular Amerikanın hegemonluğuna qarşı mübarizə bəhanəsından istifadə edəcək. Bu isə öz növbəsində müqavimətin yaranmasına gətirəcək.-deyə Soros bildirir.

Öz növbəsində Buş administrasiyası İraqda təkbaşına hərəkat etməsi barədə iddiaları rədd edir və ABŞ-ın başçılıq etdiyi koalisiyada 30-dan çox dövlətin iştirak etdiyinə işraə edir.

Bir neçə milyard dollar sərvətə sahib olan cənab Soros bu ilki prezident seçkilərinin adi bir seçkilər olmayacağını bəyan etdi. Cənab Soros Buşun demokrat partiyasından olan rəqiblərinə fəal dəstək verir. O, əsas demokrat rəqiblər Hovard Dean, Con Kerri və Velsi Klarka rəğbət bəslədiyini dedi, lakin onlardan kimin prezident görmək istədiyini bildirmədi. Cənab Soros hesab edir ki, bu namizədlərin hər biri noyabır seçkilərində prezident Buşu məğlub etmək iqtidarındadır.

Cənab Soros dünya üzrə açıq cəmiyyyətlərin inkişafı işini davam etdirəcəyini də bildirdi. Onun sözlərinə görə dünyanın bəlalarının kökündə yaramaz hökümətlər dayanır.