ABŞ terror təhlükəsinin dərəcəsini azaldır - 2004-01-09

Birləşmiş Ştatların rəsmi şəxsləri ölkədə terror təhlükəsinin dərəcəsini bir pillə aşağı endiriblər. Lakin rəsmi şəxslər qeyd edirlər ki, bəzi sənayelər və sahələrdə terror təhlükəsinin statusu dəyişməz qalacaq.

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Tom Ridge bildirirb ki, terror təhlükəsinin dərəcəsinin aşağı salınmasına səbəb terror hücumlarının baş vermə ehtimalının azalması ilə bağlıdır. Bununla yanaşı hava nəqliyyatında təhlükəsizlik tədbirlərinin artırılması davam edəcək.