Avropa Parlamentinin üzvlərinə məktub bombaları göndərilib - 2004-01-05

Avropa Parlamentinin iki üzvünün idarələrində məktubda yerləşdirilmiş bombalar partlayıb ancaq ölən və ya yaralanan olmayıb. Avropa parlamentindəki ən iri siyasi qrupun lideri Alman qanunveriçi Hans-Gert Poetteringin köməkçiləri bir kanverti açmaya çalışdıqları zamanda konvertdə yerləşdirilmiş bomba partlamışdır. İkinci bir bomba isə Avropa Parlamentinin əmək qrupunun üzvü Britaniyalı Gary Tileyin Mançester şəhərindəki idarəsində partlamışdır. Son həftələrdə Avropa Birliyinin müxtəlif idarələrinə belə bombalı məktublar göndərilmişdir.