İraqda partizanlar Amerikanın hərbi vertolyotunu salıblar - 2004-01-02

Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin rəsmiləri Bağdaddan cənubda partizanların Amerika ordusunun bir vertolyotunu saldığını bildirirlər. Hadisə nəticəsində bir əsgər həlak olub, digəri yaralanıb. Hərbi qüvvələrin mətbuat katibi özlərini jurnalist kimi qələmə verən hücumçuların Fəlluca yaxınlığında bir müşahidə vertolyotunu və Amerika əsgərlərini atəş tutduğunu bəyan edib. Onun bildirdiyinə görə, əsgərlər hadisə iə bağlı şübhəli beş nəfərdən dördünü saxlayıblar. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri habelə bildiriblər ki, ABŞ əsgərləri ölkəyə Suriyadan qaçaq yolla pul və xarici döyüşçülər gətirməkdə şübhəli bir iraqlını saxlayblar.