İran prezidenti Məhəmməd Xatəmi Birləşmiş Ştatların yardımını alqışlayıb, lalkin bunun Vaşinqton və Tehran arasında münasibətləri dəyişdirməyəcəyini deyib. Cənab Xatəmi zəlzələnin dağıtdığı Bəm şəhəri yaxınlığında yerləşən Kirman vilayətində müxbirlərə deyib ki, iki ölkə arasında dialoq yalnız Amerikanın İrana münasibətdə siyasətinin dəyişməsi nəticəsində mümkün ola bilər. Prezident Xatəminin açıqlamaları ABŞ Dövlət katibi Kolin Pauelin Vaşinqtonun Tehranla dialoqa hazır olduğunu deməsindən sonraya təsadüf edir. Kolin Pauell Tehranın nüvə obyektlərinə əvvvəlcədən xəbər verilməmiş təftişə imkan verməsi istiqamətində addımlarının ümidverici olduğunu qeyd etmişdir.
Bəm zəzələsi və yardim əməliati barədə müstəqil jurnalist İnsafali Hidayatin məumatina gulag asa birlərsiniz