Meksika Birləşmiş Ştatlardan ət məhsulları idxalını yasaqlayan ölkələr sırasına qoşulub. Ət idxalına Yaponiya, Cənubi Koreya, Malayziya, Tayvan, Avstraliya, Rusiya və Tailand tərəfindən yasaq Vaşinqton ştatındakı bir heyvandarlıq fermasında dəli dana xəstəliyi aşkar edildikdən sonra qoyulub. Röyter xəbər agentliyinin məlumatına əsasən Türkiyə və Çili hazırda yasağı tətbiq etməkdədir. Braziliya isə ət idxalının dayandırılması məsələsini nəzərdən keçirir.