Keçmiş İraq generalı həbs edilib - 2003-12-22

İraqdakı koalisiya qüvvələrinin nümayəndələri keçmiş rejimin təhlükəsizlik qüvvələrinin generalı Mumtaz Əl-Tacini həbs etdiklərini bildirirlər. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri koalisiya qüvvələrinin keçmiş kəşfiyyat general-mayoru Mumtaz Əl-Tacinin Bağdaddan təxminən 60 kilometr şimalda yerləşən Baquba şəhərində həbs edildiyini bəyan ediblər. General Əl-Taci Səddam Hüseynin kəşfiyyat idarəsinin yüksək vəzifəli rəsmi şəxsi idi. O, Saddam Hüseynin həbsindən sonra keçmiş rejimin ələ keçirilmiş ən yüksək nümayəndələrindən biridir. Koalisiya qüvvələri Bağdadın şimal və qərbindəki “sünni üçbucağı” adlanan ərazində Səddam tərəfdarı qüvvələrin müqaviməti qıra biliblər. Koalisiya hərbi qüvvələrinin rəsmilər Səddam Hüseyn həbs edilərkən bir sıra kəşfiyyat məlumatlarının da ələ keçirildiyini bildiriblər. Rəsmi şəxslər həmçinin bildirirlər ki, Milad bayramı ərəfəsində təhlükəsizlik tədbilərinin gücləndirildiyini deyirlər. General Mumtaz Əl Tacinin həbsindən bir neçə saat sonra Amerikanın hərbi maşın karvanı Bağddada gedən yolda hücuma mərzu qalmışdır. Yolda yerləşdirilmiş bombanın partlayışı nəticəsində iki Amerika əsgəri həlak olmuşdur.