Amerika əsgəri ilin adamıdır - 2003-12-21

“Time” jurnalı Amerika əsgərini 2003-ci ilin adamı elan edib. Jurnalın redaktoru Cim Kelli bildirib ki, jurnal İraq müharibəsindən sonra yaranmış vəziyyəti nəzərə alaraq bu adı ABŞ hərbi qüvvələrində xidmət edən 1,4 milyon kişi və qadına vermək qərarına gəlib. “Time” jurnalının redaktoru qeyd edib ki, İraqda bu gün yaranmış vəziyyətdə Vaşinqtonun İraq siyasətinə görə məsuliyyət gündəlik xidməti borcunu yetirən Amerika əsgərlərinin üzərinə düşüb. Hazırda İraqda 130 min Amerika əsgəri xidmət göstərir.