ATƏT Gürcüstanda uzunmüddətli seçki müşahidə missiyasını yaratdı - 2003-12-18

ATƏT Gürcüstanda yanvarın 4-ü prezident seçkilərinin monitorinqini həyata keçirmək üçün uzunmüddətli Seçki Müşahidə Missiyasını yaradıb. Missiyanın başçısı Kreq Cennes bildirib ki, ATƏT-in əsas məqsədi Eduard Şevardnadzenin prezident vəzifəsindən istefa verməsilə nəticələnən saxta partlament seçkilərindən sonra ölkədə seçki prosesinə inamı bərpa etməkdir. Müşahidə missiyasına daxil olan 13 ekspert Tbilisidə, 24 ekspert isə Gürcüstanın rayonlarında seçki prosesinin monitorinqini keçirib təhlil edəcək.