Putin:Moksva terrrorla mübarizədə ABŞ-ın partnyoru olaraq qalır - 2003-12-18

Rusiya prezidenti Vladimir Putin Moksvanın ABŞ-ın terrorizmə qarşı mübarizəsində partnyor olduğunu demiş, lakin İraqın işğalına bəraət qazandıra bilmədiyini əlavə etmişdir. Cənab Putin qeyd etmişdir ki, müharibəyə başlamaq üçün BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın başçılıq etdiyi koalisiyaya səlahiyyət verməliydi. Bununla belə, Rusiya prezidenti İraq məsələsində fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Birləşmiş Ştatların terrorizmə qarşı qlobal müharibədə partnyor olaraq qaldıqlarını bildirmişdir. Günün sonu cənab Putinin ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Beykerlə görüşüb İraqın böyük xarici borcunun yüngülləşdirməsi məsələsini müzakirə edəcəyi gözlənilir.