İsveçrə parlamenti erməni soyqırımını tanıdı  - 2003-12-16

İsveçrə parlamentininin aşağı palatası Birinci Dünya müharibəsi dövründə yüz minlərlə erməninin ölümünün soyqırım kimi tanınması haqda qətnamə qəbul edib. Qətnamə İsveçrə rəsmilərinin etirazına baxmayaraq qəbul edilmişdir. Türkiyə xarici işlər nazirliyi qətnamənin qəbul edilməsinə etirazını bildirərək onu kəskin təniqd edib. Nazirlik qətnamənin qəbul edilməsinin mənfi nəticələnəcəyini əvvəlcədən söyləyərək burada İsveçrə və Türkiyə arasında münasibətlərin nəzərə alınmadığını bildirmişdir. İsveçrə Türkyədə erməni soyqırımını tanıyan 15-ci ölkədir.