ABŞ hərbi qüvvələri İraqda üsyançıların liderini həbs ediblər - 2003-12-16

Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri koalisiya qüvvələrinin reydi zamanı üsyançıların bir başçısının və 77 yaraqlının ələ keçirildiyini bildiriblər. Hərbi qüvvələrin mətbuat katibi kapitan Qven Qreqorinin bildirdiyinə görə, Bağdaddan 100 kilometr şimalda yerləşən Əbu Səfa kəndi yaxınlığındakı əməliyyat zamanı əsas şübhəlilər siyahısında beşinci yerdə olan Qiss Həttam həbs edilib. Bununla yanaşı, ABŞ ordusunun əsgərləri bomba hazırlamaq üçün materiallar aşkar etmişlər. Bu gün habelə, Səddam Hüseynin doğma şəhəri Tikritdə yolun kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində üç Amerika əsgəri yaralanıb.