Avropa Birliyi ABŞ-ı tənqid edib - 2003-12-12

Avropa Birliyinin liderləri Amerikanın İraqda yenidənqurma müqavilələrindən İraq müharibəsinin əleyhinə olan ölkələri çıxarması ilə razılaşmadığını bildirib. Bu gün Brüssel sammitində Avropa Komissiyasının prezidenti Romano Prodi ABŞ-ın bu addımını kəskin tənqid edib. Britaniyanın baş naziri Toni Bleyer isə bildirib ki, pullarının hara xərclənməsinə Amerika özü qərar verməlidir. Xatırladaq ki, İraqın yenidənqurma müqavilələri 19 milyard dollar təşkil edir.