Tayvan referendum keçirmək fikrindədir - 2003-12-10

Tayvanın prezidenti Chen Şui Byan bildirir ki o, prezident Bushun qəti xəbərdarlığına baxmayaraq, Çinin raket hədəsi ilə əlaqədar referendumu hələ də keçirmək fikrindədir. Cənab Chen bu gün bildirib ki, həmin səsvermə Çin ilə Tayvan arasındakı mövcud status kvonu dəyişdirməyi nəzərdə tutmur. Həmin referendum Tayvan xalqına Çin raketlərinin adanı hədəf almasına etirazını bildirməyə imkan verəcək. Tayvan lideri prezident Bushun xəbərdarlığına öz cavabını bildirdi. Cənab Bush bu xəbərdarlığı dünən Ağ Evdə Çin Xalq Respublikasının baş naziri Ven Jiabao ilə danışıqlarından sonra edib. Cənab Bush açıq şəkildə bu referendumun ləğvinə çağırmayıb.Tayvan prezidenti də bildirib ki, Chen bu referendumun keçirilməsi ilə birtərəfli addım ata bilər. Vaşinqton bunun əleyhinədir.