Buş pulsuz tibbi yardım haqda qanun layihəsini imzaladı  - 2003-12-08

Prezident Buş Birləşmiş Ştatlarda yaşlılıar üçün tibbi sistem olan pulsuz tibbi yardım proqramında islahatları nəzərdə tutan qanun layihəsinə imza atdı. 400 milyard dollar məbləğində vəsaiti əhatə edən qanun layihəsi 1965-ci ildə əsası qoyulandan proqramda ən əsaslı dəyişikliklərin ediləcəyini vəd edir. Yeni qanun layihəsi yaşlılar üçün reseptli dərmanların güzəştli şərtlər əsasında verilməsini nəzərdə tutur. Layihə gələn il yenidən prezident seçilmək uğrunda mübazirə aparcaq cənab Buşun böyük siyasi qələbəsi kimi qiymətləndirilir. Layihənin tənqidçiləri isə deyir ki, pulsuz tibbi yardım sisteminin özəl sektora çıxması xəstələrin xeyrinə deyil, daha çox tibbi sığorta sisteminin xeyrinə olacaq.