Bu ay Iraqda 75 Amerika əsgəri öldürülüb - 2003-11-29

Bağdadın cənubunda 8 nəfərdən ibarət ispan kəşfiyyat dəstəsinə hücum edilib. Xəbərlədə 4 nəfərin həlak olduğu bildirilir. Bununla yanaşı bu ay İraqda 75 Amerika əsgəri qətlə yetirilib. Beləliklə noyabr mart ayından İraqa daxil olan Amerika qüvvələrinin ən faciəvi ayı hesab edilir. Lakin ABŞ-ın İraqdakı hərbi komandiri, general-leytenant Rikardo Sançes bu gün son iki həftə ərzində Amerika qüvvələrinə qarşı gündəlik hücumların azaldığını bildirib. Generalın dedyinə görə hazırda düşmənlə daha səmərəli mübarizə məqsədi ilə mobil qüvvələr təşkil edilməkdədir. “New York Times” qəzeti isə yazır ki, Səddam Hüseynə sadiq qüvvələrin hücumları zamanı bəsit kəşfiyyat taktikalarından istifadə etdiyinə görə prezident Buşun Bağdad səfəri gizli saxlanmışdı.