İraqın icaraedici şurası ABŞ-ın ölkədə hakimiyyətin iraqlıların özlərinə keçidi planının dəyişikliyə məruz qala biləciyini bildirib. Buna səbəb olaraq, ölkənin şiə müsəlman liderinin plana etirazı və İraqın müvəqqəti hökumətinin ali ruhani rəhbərin etrazilarını nəzərə almaq istəyi göstərilir. İcraedici şuranın növbə ilə prezidentliyini bu ay icra edən kürd lider Cəlal Tələbani müqəddəs Nəcəf şəhərində Ayətolla Əli əl-Sistani ilə görüşmüşdür. Keçid dövrü Ayətollanın dəstəyinin böyük əhəmiyyətə malik olduğu deyilir. Görüşdən sonra cənab Tələbaninin nümayəndəsi bildirmişdir ki, hakimyyətin keçidi təklifi məsələsində onlar arasında heç bir fikir ayrılığı mövcud deyil. Nümayəndənin dediyinə görə, keçid dövrü ilə bağlı plan qüvvədədir, lakin belə görünür, ruhaninin bəzi etirazları nəzərə alınaraq orada düzəlşilər ediləcək. Ayatolla çərşənbə günü Birləşmiş Ştatların təyin etdiyi icraedici şuranın siyasi planının bəzi hissələrini tənqid edərək bildirmişdi ki, planda İraq xalqının keçid dövrü rolunun əhəmiyyətinə kifayət qədər yer ayrılmayıb və burada İraqın islami xüsusiyyətləri əks etdirilməyib.