Sərhədsiz müxbirlər Saparmurat Niyazova müraciət edib - 2003-11-27

Parisdə yerləşən beynəlxalq Səhhədsiz Müxbirlər təşkilatı Türkmənistan prezidenti Sarapmurat Niyazova yazılı şəkildə müraciət edərək, radio jurnalisti Saratmurat Ovezberdiyevə qarşı təzyiqlərə son qoyulması, onun bir jurnalist kimi fiziki və ya bürokratik qorxulardan azad fəaliyyət göstərməsinə imkan yaradılmasını istəyib. Təşkilat “Azad Avropa” və “Azadlıq” radio stansiyalarına işləyən jurnalistin döyüldüyü, təqib edildiyi, narkotik maddələrdən istifadə edildiyi deyilərək qeyri-qanuni həbs edildiyini bildirir. Qeyd edək ki, jurnalist Ovezberdiyev “Açıq mikrofon” verilişində insan hüquqları pozulanların səslərini ucaltma çağırışında günahlandırılır.