P. Bremer : İraqda zoraklılıqlar arta bilər - 2003-11-25

ABŞ-ın İraqdakı mülki administaratoru Pol Bremer koalisiya opponentlərinin indi koalisiyanı deyil, daha çox iraqlıları hədəf aldığını deyir. Pol Bremer bu gün müxbirlərlə görüşü zamanı son iki həftə ərzində Amerika qüvvələrinin müxalif döyüşçülərə qarşı əməliyyatlarının şiddətləndirilməsi ilə İraqda təhlükəszliklə bağlı vəziyyətin dəyişdiyini demişdir. “Əvvəllər hücumlar əsasən koalisya qüvvələrinə qarşı yönəlirdi. İndi isə iraqlılar hücumlara hədəf alınır. Bu xoşagəlməz hal olsa da, gözlənilməyən deyil”-deyə cənab Bremer bildirmişdir.Pol Bremer ötən həftə Bağdadın şimal bölgəsində iki polis idarəsinə qarşı kamikadze, koalisiya ilə əməkdaşlıq edən siyasi və ictimai liderlərə qarşı hücumları nəzərdə tuturdu. Cənab Bremer koalisyanın hakimiyyəti İraq rəhbərliyinin ixtiyarına verməyə başlayacağı gələn 6-7 ay ərzində zorakıların artacağı ilə bağlı xəbərdarlıqla çıxış etmişdir.