İraqda daha 3 Amerika əsgəri öldürülüb - 2003-11-23

Bağdadın şimal bölgəsində həyata keçirilən 3 ayrı-ayrı hücum nəticəsində 3Amerika əsgəri və 1 İraq polisinin həlak olduğu xəbər verilir. Amerikanın rəsmi nümayəndələri bildirirlər ki, bu gün Mosul şəhərində mülki bir avtomobil saxlanmış, içərisində olan iki əsgər hücuma məruz qalmışdı. Şahidlərin dediyinə görə onlar başlarının kəsilməsi nəticəsində həlak olmuşlar. Dünən gecə isə yenə də Mosulda təhlükəszlik xidmətinin bir işçisi atəşə tutulmuşdu. Bütün bunlarla yanaşı, İraqlı qadın Rent Rəhim Frank İraqın Amerikadakı səfiri təyin edilmişdir.