BAEA Vyanada görüş keçirir - 2003-11-20

BMT-nin nüvə agentliyi Vyanada görüş keçirib, İranın nüvə silahlarının yayılmaması ilə bağlı sazişin şərtlərini pozub-pozmadığını müzakirə edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl-Baradeyi bu gün idarə heyətinə İranın beynəlxalq öhdəliklərə əməl etməməsinin dərin narahatlığa yol açdığını bildirib. Cənab Əl-Baradeyi İranın nüvə müfəttişlərinə xəbərdarlıqsız yoxlanış aparmağa icazə verməsini İslam respublikasının əməkdaşlığının müsbət yeniliyi adlandırıb. Qeyd edək ki, idarə heyətinin İranla bağlı son qətnamə layihəsi sabah hazır olacaq.