Snayper günahkar tanındı - 2003-11-17

Vaşinqton şəhəri ətrafında snayper hücumunda ittiham edilən Con Allen Məhəmməd günahkar tanınmışdır. Virciniya ştat məhkəməsinin jürisi 7 saata yaxın davam edən müzakirələrdən sonra Məhəmmədi qətl və terrorizmdə günahlandırmışdır. 42 yaşlı müttəhhim ölüm cəzası ilə üzləşə bilər. Xatırladaq ki, snayper hücumları zamanı 10 adam öldürülmüş, 3 nəfər ağır yaralanmışdı.