YUKOS-un istehsal sahələrində yoxlanış aparılır - 2003-11-12

Rusiyanın regional hakimiyyət dairələri YUKOS neft şirkətinin yerlərdəki bölmələri və Sibirdəki əsas istehsal sahəsində yoxlanışa başlayıblar. Müstəntiqlər bildirirlər ki, onlar 25-dən artıq neft yatağında istehsal lisenziyaları üçün şərtlərə necə əməl olunduğunu araşdırırlar. Keçən həftə Rusiyanın Təbii Ehtiyatlar naziri YUKOS şirkətini neft axtarışı və istehsalı üçün lisenziyasının əlindən alınacağı ilə hədələyib. Bu arada isə Rusiya baş prokurorunun müavini Vladimir Kolesnikov xəbərdarlıq edib ki, lazım gəlsə, fırıldaqçılıq və vergidən yayınma ittihamlarını araşdırmaq üçün hakimiyyət dairələri YUKOS şirkətinin keçmiş başçısı Mixail Xodorkovskini iki ilə kimi həbsxanada saxlaya bilər.