ABŞ Suriyaya qarşı sanksiyalar tətbiq edəcək - 2003-11-12

Dünən Birləşmiş Ştatların Senatı Suriyaya qarşı sanksiyaların tətbiqini təsdiq edib. Suriyanın məsuliyyəti barədəki qanun layihəsinin təsdiqinə 89 senator leyhinə, 4-ü isə əleyhinə səs verib. Qanun layihəsində qeyd edilib ki, Suriya terrorçuları dəstrəkləməkdən, kütləvi qırğın silahlarının istehsalından əl çəkməyincə, İraqa terrorçuların və silahın daxil olmasının qarşısını almayınca Birləşmiş Ştatlar ona diplomatik və iqtisadi sanksiyalar tətbiq etməlidir. Senatın Xarici münasibətlər üzrə komitəsinin sədri, İndiana ştatının senatoru Richard Lugar deyir ki, bu qanun layihəsini himayə edir və Suriyanın davranışını dəyişdirmək üçün ona qarşı ciddi tədbirlər tətbiq edilməlidir. Senatdakı demokratların lideri senator Tom Daşli də qanun liyihəsini dəstəkləmişdir. Suriyanın məsuliyyəti haqqındakı qanun layihəsində Suriya ilə silah istehsalında istifadə edilə bilən əmtəələrin hər hansı bir ticarətinin qadağan edilməsi təklif edilib. Qanun layihəsində təklif edilən altı sanksiyadan ikisinin prezident Buş tərəfindən həyata keçirilməsi tövsiyyə edilib. Onlara Suriya ilə diplomatik münasibətlərin məhdudlaşdırılması, Suriya aktlarının dondurulması, Amerika sərmayçilərinə Suriyada kapital qoyuluşunun qadağan edilməsi, Suriya diplomatlarının Amerika ərəzisinə etdikləri səfərlərin məhdudaşdırılması, ərzaq və dərmandan başqa Amerika əmtəəsinin Suriyaya ixracının qadağan edilməsi daxildir. Təklif olunan sanksiyaların tətbiqi hər şeydən əvvəl siyasi əhəmiyyətə malikdir. Belə ki, Birləşmiş Ştatlar ilə Suriya arasındakı illik ticarətin həcmi təxminən 300 milyon dollardır. Senatın bu qanun layihəsi Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsinə bənzəyir. Lakin Senatın qanun layihəsində prezidentə Suriyaya tətbiq edilən sanksiyaların ləğvi məsələsində böyük səlahiyyətlər verilib. Prezident Buş idarəsi əvvəllər də Suriyaya qarşı belə sanksiyaların tətbiqinə qarşı çıxırdı. Lakin Suriya Birləşmiş Ştatların terorçulara qarşı mübarizə aparmaq çağırışına əhəmiyyət vermədiyinə görə sanksiyaların tətbiqinə qarşı çıxış etməyib. Vaşinqton Suriyanı terrorçuların İraqa daxil olmaları və koalisiya qüvvələrinə qarşı hücumlar təşkil etmələrinin qarşısnı almamaqda ittiham edir.