İran zənginləşdirilmiş uran proqramını dayandırır - 2003-11-10

İranın Milli Təhlükəslik Şurasının katibi Həsən Ruhani Moskvada Rusiya prezidentilə görüşündə İranın zənginləşdirilmiş uran proqramını dayandıracağını və BMT-nin nüvə agnetliyinin əlavə protokoluna imza atacağını bəyan edib. Moksvaya iki günlük səfəri zamanı Həsən Ruhani Rusiya rəsmilərilə görüşlərdə Rusiya-İran nüvə əməkdaşlığı məsələsini müzakirə edir. Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin İranın zənginləşdirilmiş uran proqramını dayandıracağı və əlavə protokola imza atacağı haqda açıqlamaları prezident Putinlə müzakirələrdən öncəyə təsadüf etdi. İranın nüvə silahlarının yayılmaması haqda müqavilənin əlavə protokoluna imza atması ölkənin nüvə obyektlərinin daha ciddi təftişinə imkan yaradacaq. Həsən Ruhaninin bildirdiyinə görə, hər iki məsələ dərhal həll ediləcək. Həm Həsən Ruhani, həm də İranın digər rəsmiləri ölkənin nüvə proqramı ilə bağlı narahatlıqlara son qoymaq üçün beynəxalq ictimiayyətin tələblərinə əməl edəcəyini bildirirlər. Lakin hələlik bunun nə zaman həyata keçəcəyi aydın deyil. Rusiya prezidenti Putin öz növbəsində, İranın aksiyalarından razı qaldığını və bundan sonra Moksvanın Tehranla əməkdaşlığı qarşısında heç bir maneə görmədiyini bildirdi. Həsən Ruhani bu gün habelə Rusiyanın xarici işlər naziri İqor İvanovla görüş keçirdi. Danışıqların diqqət mərkəzində işlənmiş yanacağın qaytarılması haqda uzun müddətdir təxirə salınan razılığın müzakirəsi olub. İranı rəsmisinin razılığı Rusiya rəsmilərilə imzalayacağı gözlənilir. Razılığın şərtlərinə əsasən, İran işlənmiş nüvə yanacağını Rusiyaya qaytarmalıdır.