İsrail kabineti Hizbullahın təklifini qəbul etdi - 2003-11-09

İsrail kabineti bir nəfərin əvəzinə Hizbullahın yüzlərlə livanlı və fələstinli məhsbusu buraxmaq tələbini 12 səs lehinə, 11 səs əleyhinə olmaqla qəbul edib. Baş nazir Ariyel Şaron üç il bundan əvvəl Hizbullah tərəfindən oğurlanmış israilli biznesmen Elhanan Tannenbaumun qayıtmasını təmin etmək üçün öz nüfuzundan istifadə etməli olmuşdur. Almaniyalı vasitəçilərin köməyilə əldə olunmuş razılığın bir hissəsi kimi, İsrail Hizbullahın oğurlayıb qətlə yetirdiyi üç əsgərin cəsədini geri alacaq. İsrail nazirləri İsraili məhv etməyə and içmiş və ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına düşmüş Livanın Hizbullah qrupu ilə sövdəni nəzərdə tutaraq, fəaliyyətləri dövrü ən ağır qərarlardan birini qəbul etməli olduqlarını deyirlər. Baş nazir Şaron kabinetinə sövdəni qəbul etməkdən başqa seçim olmadığını bildirmişdir. Belə ki, Hizbullahın təklifinin qəbul edilməməsi Elhanan Tannanbaumanın qrup tərəfindən qətli ilə nəticələnə bilərdi.