Şirin İbadiyə cangüdən verilib - 2003-11-06

İran hökuməti Nobel sülh mükafatının laureatı Şirin İbadini qorumaq məqsədilə onu cangüdənlə təmin edib. Şirin İbadinin İnsan hüquqları mərkəzində həmkarının bildirdiyinə görə, xanım İbadi dəfələrlə ölüm hədəsilə bağlı məktublar alıb. Mərkəz bundan sonra daxili işlər nazirliyinə müraciət etməli olub. İranda islahatçılar qadın və uşaqların hüquqlarının təmin olunması ilə məşğul olan Şirin İbadinin sülh mükafatına layiq görülməsini alqışladığı halda, sərt-xətt tərfədarları onu qərbə qulluq etməkdə ittiham etmişlər.