İlham Əliyev prezident səlahiyyətlərinin icrasına başlayır - 2003-10-31

Bu gün son 30 il ərzində Azərbaycanı idarə edən ölkə başçısının oğlu, yenicə prezident seçilmiş İlham Əliyev and içərək səlahiyyətlərinin icrasına başlayıb. Andiçmə mərasimi Azərbaycanın Respublika Sarayında təşkil edilmişdi. Xatırladaq ki, İlham Əliyevin seçkilərdə 77 faiz səs topladığı bildirilmişdi. Lakin beynəxalq müşahidəçilər və müxalifət seçkilər zamanı saxtakarlıq və pozuntulara yol verildiyini deyir. Birləşmiş Ştatlar Azərbaycanda seçkilərin beynəxlaq standartlara uyğun hesab etməsə də, yeni seçilmiş prezidentlə əməkdaşlıq edəcəyini bildirib.