Bu gün Sarayevoda güclü yağışa baxmayaraq on minlərlə adam keçmiş Bosniya prezidenti Alija İzetbeqoviçin dəfn mərasimində iştirak etmişdir. Son prezidentin bayrağa bükülmüş cənazəsi hərbi maşınla parlament binasına aparılarkən bir çox adam “Allahu Əkbər”- sözlərini qışqırmışdır. Mərasimdə çıxış edən Bosnia-Herseqovinadakı beynəlxalq vasitəçı Paddi Aşdoun cənab İzetbeqoviçi Bosniya xalqının atası adlandırmışdır. Aşdoun son prezidentin fəaliyyətini yüksək qiymətləndirərək onu dözünlülük nümanəsi adlandırmış və müasir Bosniya dövlətinin xilasında əvəzsiz rolunu yüksək qiymətləndirmişdir. 78 yaşlı prezident İzetbeqoviç bazar günü ürək xəstəliyindən vəfat etmişdir.