Birləşmiş Ştatlar səsvermənin ümumilikdə, qaydada keçdiyi, lakin seçki prosesinin demokratik standartlardan geri qaldığı haqda ATƏT-in verdyi ilkin qiymətlə razılaşır. Birləşmiş Ştatların müşahidəçiləri xüsusilə, seçicilərin adlarının siyahıda olmaması ilə bağlı problemini, məcburedilmə hallarını və digər pozuntuların olduğunu qeydə almışlar. Biz seçkilərdən sonra zorakı toqquşmalar haqda xəbərlərə görə narahatlıq keçiririk və bütün tərəfləri maksimum təmkinlik göstərməyə çağırırıq. Bizim Bakının mərkəzi meydanı və onun ətrafında polis və daxili qoşunların nümayişçilərlə toqquşduğu iki əsas iştişaş haqda xəbərimiz var. Əvvəllər olduğu kimi, biz Azərbaycan hökumətini onun ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl edərək öz vətəndaşlarının təhlükəsizliyinin və onların hüquqlarının təmin olunması üçün öz vəzifələrini yerinə yetirməyə çağırırıq. Biz habelə müxalifət partiyalarını dinc və qanun çərçivəsində fəaliyyətə çağırırıq. Zorakılıqlar daha artıq zorakıqlara gətirib çıxara bilər. Bunda heç kəs maraqlı deyil və bu, Azərbyacana zərər gətirə bilər. Biz bütün tərəfləri ictimai asayişin təmin olunması və gələcək zorakılıqların qarşısının alınması üçün bütün addımları atmağa çağırırıq.