Roma papasının 25 illik xidməti mərasimlərlə qeyd edilir - 2003-10-16

Bu gün on minlərlə Roman katoliki İkinci İohan Pavelin Roma papası seçilməsinin 25-ci ildönümünü qeyd edir. İndiyədək belə uzun müddət xidmətdə olan üçüncü kişiş Roma papası Vatikanın nəhəng auditoriyasında zəif səslə bir neçə kəlmə söyləmişdi. Onun çıxışı yardımçıları tərəfindən davam etdirilmişdi. Bütün gün davam edəcək mərasim Müqəddəs Peter meydanında keçirilir. Parkinson xəstəliyi olan 83 yaşlı Roma papası ayaq üstə durmaq və danışmaqda çətinlik çəkir.