Çeçenistanda səsvermə başa çatdı - 2003-10-05

Çeçenistanda mübahisəli prezident seçkiləri başa çatıb. İlkin nəticələr bazar ertəsi məlum olacaq. Qələbə üçün Çeçenistanın qeydiyyatdan keçmiş yarım milyon seçicisinin 30 faizinin səsi kifayətdir. Qeyd edək ki, onlar Rusiya hökumətinin azad və ədalətli keçəcəyini və’d etdiyi bu seçkilərlə Çeçenistan prezidentliyinə 7 namizəddən birini seçməlidirlər. Rusiyanın çeçen administarasiyasına başçı tə’yin etdiyi Əhməd Kadırov yeganə ciddi namizəd hesab olunur.