Şimali Koreya istifadə edilmiş 8000 nüvə yanacağı rodlarının yenidən emal edilərək, onlardan plutonium əldə etdiyini bildirib. Xarici İşlər Nazirliyinin bildirdiyinə görə Şimali Koreya buna Birləşmiş Ştatların “düşmən siyasətinə” görə əl atmalı olub. Bəyanatda, eyni zamanda, Pxenyanın nüvə fəaliyyətlərinin sülh mahiyyəti daşıdığı irəli sürülür. Amerika Şimali Koreyanın artıq bir və ya iki nüvə silahına malik olduğuna inanır. Prosesdən keçirilən 8000 yanacaq rodundan alınan plutonium daha 6 nüvə silahının istehsalına kifayət edə bilər.