D.Key Iraqın kütləvi qırğın silahları haqda ilk hesabatını verdi - 2003-10-02

Buş administarsiyasının İraqdakı baş silah müfəttişi Deyvid Key ABŞ qanunvericiləri qarşısında İraqın kütləvi qırğın silahları haqda ilk hesabatı ilə çıxış edib. Senat və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində keçirilən görüş ictiamiyyətə bağlı saxlanılıb və hesabatın açıqlanmayacağı deyilir. Mərkəzi Kəşfiyyat Agentliyinin rəsmi nümayəndələri hesabatda heç bir əsaslı nəticə olmadığını, bunun yalnız silahların axtarışı ilə bağlı nailiyyətləri əhatə etdiyini deyirlər. İlkin xəbərlərdə Amerikanın adı açıqlanmayan bir nümayəndəsinə istinadən bildirilirdi ki, hesabat İraqda heç bir kimyəvi, bioloji və nüvə silahlarının aşkar edilmədiyinin müfəttişlər tərəfindən qəbul edildiyi deməkdir.