Buş Pərviz Müşərrəflə görüşdü - 2003-09-24

Prezident Buş Nyu Yorkda Pakistan prezidenti Perviz Müşərrəflə görüşüb. Görüşün detalları açıqlanmayıb. Birləşmiş Ştatların rəsmi şəxsləri əvvəl bildirirdilər ki, Pakistan sərhəddindən gələn hücumlarla bağlı Əfqanıstanın şikayəti gündəlikdə olmalıdır. Rəsmi şəxslərə əsasən, dünən Əfqanıstanın prezidenti Həmid Karzay Nyu Yorkda prezident Buşla görüşdüyü vaxt bu hücumlarla bağlı dərin narahatlığını ifadə etmişdir. Cənab Karzaya əsasən, Pakistanla sərhəd ərazilərdə olan bəzi adamlar islamın ifratçı növünü təbliğ edirlər. O bunu hətta talibançılıq adlandırmışdır.