Türkiyənin Milli Təhlükəsizlik Şurasının bugünkü toplantısında Birləşmiş Ştatların İraqa əsgəri qüvvə göndərmək təklifini müzakirə etmişdir. Ölkənin siyasi və hərbi rəhbərliyinin daxil olduğu Şuranın bu gün yekun qərar verəcəyi gözlənilmir. Türkiyə İraqda sabitliyi bərpa etmək üçün Birləşmiş Ştatlara yardım etmək məqsədi ilə 10 min əsgər göndərməyə hazır olduğunu bildirib. Lakin ictimayyət buna etiraz edir. Şuranın qərarı parlamentdə təsdiq eidlməlidir. Bu ilin əvvəlində qanunvericilər Birləşmiş Ştatların İraqla müharibəyə gedəcək əsgərlərin Türkiyədə yerləşdirilməsi xahişini rədd etmişdilər.