Izabel ABŞ-ın şərq sahillərini hədəf alıb - 2003-09-17

Birləşmiş Ştatların şərq sahillərinə yaxınlaşan İzabel qasırğası on minlərlə sahil sakinlərini evlərini tərk etməyə vadar edib. Hazırda qasırğa ilə bağlı Cənubi Koralinadan Merilənd ştatınadək xəbərdarlıq elan edilib. ABŞ-ın milli qasırğa mərkəzinin bildirdiyinə görə qasırğanın ilk tə’sirinə Şimali Koralina məruz qalacaq. Daha sonra güclü küləyin Virciniya, Merilənd və Pensilvaniya ştatları istiqamətində irəliləyəcəyi gözlənilir. Qeyd edək ki, qasırğanın keçəcəyi bu ərazilərdə 50 milyon insan yaşayır.