Meksikanın Cancun şəhərində keçirilən dünya ticarət danışıqlarında iştirak edən rəsmilər kənd təsərrüfatına maliyyə yardımı ilə bağlı kompromisə yaxınlaşdığını bildirirlər. Həmin məsələ bu danışıqlarda ən mübahisəli məsələdir. Dünya Ticarət Təşkilatının sözçüsü Keiz Rokvel həmin kompromis planının bu günkü sessiyada gündəliyə qoyulacağını bildirib. İnkişaf etməkdə olan ölkələr, Birləşmiş Ştatlar və Avropa Birliyindən onların fermerlərinə verilən subsidiyaların ləğvini tələb edir. ABŞ və Avropa Birliyi rəsmiləri, güzəştə getməyə hazır olduqlarını bildirir, lakin bunun əvəzinə, yoxsul ölkələr öz bazarlarını xarici mallara açmalıdır.