İsrail Fələstinin yeni baş nazirinə əməllərinə görə qiymət verəcək - 2003-09-09

İsrail Fələstinlilərin yeni baş nazirinə onun Həməs kimi yaraqlı qruplarla davranışına görə qiymət verəcəyini bildirir. İsrailin baş naziri Silvan Shalomun bu günkü açıqlaması Əhməd Koreyin Fələstinlilərin yeni baş naziri vəzifəsinə təyin olunmasına ilk reaksiyası olmuşdur. Hələ baş nazir vəzifəsini qəbul etməyən cənab Korey bundan əvvəl beynəlxalq dəstək və İsraillilərin hədəf qətllərinə son qoyacağına zəmanət istəyir. Bu arada, İsrail hərbi qüvvələrinin İordan çayının Qərb sahilindəki Hebron şəhərində keçirdikləri əməliyyat nəticəsində iki şəxs və 12 yaşlı oğlan qətlə yetirilib.