Daşkənddə anti-terror qərargahı açılır - 2003-09-05

5 keçmiş sovet respublikası və Çin anti-terror qərargahının Daşkənddə yerləşdirilməsi ilə bağlı razılıq əldə ediblər. Şanxay Əməkdaşlıq Təşkilatının nazirləri bu razılıq haqda açıqlamanı Özbəkistanın paytaxtında keçirdikləri danışıqlardan sonra veriblər. Nazirlər mərkəzin yanvar ayından e’tibarən tam fəaliyyətə başlayacağını e’lan ediblər. Bundan əlavə daimi ofisin yanvar ayının 1-i Pekində açılacağı bildirilib. Özbəkistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Çinin üzv olduğu Şanxay Əməkdaşlıq atəşkilatının yığıncağında Əfqanıstan, İraq və Şimali Koreya məsələləri də müzakirəyə qoyulmuşdu.