Şimali Koreya Pekində keçirilən 6 tərəfli danışıqları “faydasız” və “ziyanlı” adlndırıb. Lakin görüşdə iştirak edən tərəflər danışıqlarda nailiyyət əldə edildiyini qeyd edirlər. Şimali Koreyanın rəsmi xəbər agentliyi Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, çox danışmağın mə’nası yoxdur. Şimali Koreya nüvə qabiliyyətini gücləndirməkdən başqa yol görmür. Çin tərəflərin Şimali Koreyanın nüvə böhranını həll edəcəklərinə ümid etdiyini bildirir. Amerika isə danışıqları uzun yolun “uğurlu başlanğıcı” kimi qiymətləndirir.