Çin danışıqlar ərəfəsində təmkinli olmağa çağırır - 2003-08-26

Çin danışıqlar ərəfəsində təmkinli olmağa çağırır Pekində altı ölkənin nümayəndəsi Şimali Koreyanın nüvə proqramı üzrə danışıqlara başladıqları ərəfədə Çin sakitliyə və təmkinli olmağa çağırıb. Çin hökumətinin nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Vanq Yi dövlət xəbərlər agntliyinə bildirib ki, Çin çərşənbə axşamı başlanacaq görüşdə bütün dövltlərin bir-birinə hörmət edəcəyinə və səmimiyyət göstərəcəyinə inanır. Cənab Vanq həmçinin hər hansı bir dövlətin öz mövqeyini zorla qəbul etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Çin, Yaponiya, Şimali və Cənubi Koreya, Rusiya və Birləşmiş Ştatların nümayəndələri hazırda Pekindədir. Təhlilçilərin çoxu ilk dəfə olaraq Şimali Koreyanın özünün də iştirak etdiyi üç günlük danışıqların konkret nəticələr verəcəyini gözləmir.