Britaniya hava yolları təhlükəsizlik səbəblərinə görə Səudiyyə Ərəbistanına bütün uçuşları tə’xirə salıb. Şirkətin bəyanatında deyilir ki, qərar Britaniyanın Nəqliyyat Nazirliyinin rəsmilərinin müzakirələrindən sonra çıxarılmışdır. Hökumət Səudiyyə Ərəbistanında Britaniya təyyarələrinə təhlükənin mövcudluğuna dair “əsaslı kəşfiyyat mə’lumatları”nın olduğunu bildirir. Bununla belə, bu təhlükənin nədən ibartə olduğu ilə bağlı detallar açıqlanmayıb. Britaniya hava yolları Səudiyyə Ərəbistanına həftədə səkkiz uçuş həyata keçirirdi.