Müşərrəf Kəşmir probleminin sülh yolu ilə həllinə çağırıb - 2003-08-11

Bu gün İslamabadda açılan beynəlxalq elmi konfransda çıxış edən Pakistan prezidenti Pərviz Müşərrəf uzun sürən Kəşmir probleminin dinc yolla həllinə çağıraraq Hindistanın baş naziri Atal Behari Vəcpayinin eyni məzmunlu açıqlamalarını alqışladığını bəyan etmişdir. General Müşərrəf qeyd etmişdir ki, Pakistan Hindistanla mübahisəli Kəşmir problemini həll etmək üçün sülh və dialoq yolundan dönməməyə çalışacaq. Pakistan prezidentinin bugünkü açıqlamaları baş nazir Vəcpayinin Pakistan və Hindistan arasında qanaxmaya son qoymaq çağırışıdından bir gün sonraya təsadüf edir. Kəşmirlə bağlı iki ölkə arasında danışıqlar aylardır nəticə olmadan kəsilib.