Birləşmiş Ştatlar Əfqanıstanın bəzi bölgələrində yaraqlıların fəaliyyətinin genişlədiyini nəzərə alaraq humanitar yardım fəaliyyətlərini müvəqqəti olaraq dayandırıb. Birləşmiş Ştatlar bildirib ki, bu bölgələrə Uruzgan, Zabul, Qəndəhar və Helmənd əyalətlərinin cənub bölgələri daxildir. Son aylar taleban döyüşçüləri bu bölgələrdəki fəaliyyətlərini gücləndirib.