Təbrizli jurnalist İnsafəli Hidayət Təbriz həbsxanasi barədə - 2003-08-01

Keçən ay İranda hökumət əleyhinə nümayişlərdə yüzlələ siyasi fəal, tələbə və jurnalistin həbsə alındığı xəbər verilmişdi. Təbrizli jurnalist İnsafəli Hidayət də onların arasında idi. Son günlər İnsafəli Hidayət böyük zəmanət vermək şərtilə azadlığa buraxılmışdır. O, azadlığa çıxmaq üçün iki evini girov qoymalı olmuşdur. İnsafəli bəyin özü ilə yalnız bu gün əlaqə saxlaya bildik. Həsən Əlizadə ilə müsahibə zamanı onun telefonu bir neçə dəfə kəsilmişdir. İnsafəli Hidayət əvvəlcə ona qarşı irəli sürülmüş ittihamların nədən ibarət olduğu haqda danışır.